Braziliyada LGBT insanlar
Braziliyadakı LGBT insanlar Braziliya əhalisinin təxminən 8.35%-ni və ya təxminən 20.000.000 nəfəri təşkil edir.
== Demoqrafik ==
=== Demoqrafik tədqiqat ===
2009-cu ildə São Paulo Universiteti tərəfindən aparılan sorğuda 10,4%-lik Braziliyalı kişilərin 7,8%-nin homoseksual, 2,6%-nin isə biseksual olduğu məlum oldu. 6,3%-likqadınlar arasında isə lezbiyanlar əhalinin 4,9%-ni, biseksual qadınlar isə 1,4%-ni təşkil edir.
LGBT əhalisinin cins tərkibi aşağıdakı kimidir: 64% kişi və 36% qadın. Tədqiq olunan əhalinin elan edilmiş cinsi oriyentasiyasının tərkibi aşağıdakı kimi bölüşdürülür: 54%-i gey, 28%-i lezbiyan, 17%-i biseksual, 1%-i yuxarıda göstərilənlərin heç birinə uyğun gəlmədiyini bildirib. LGBT əhalisinin təhsili aşağıdakı kimi qeyd edilir: 57% ali təhsil (universitet və ya kollec) bitirmiş, 40% orta məktəb (orta təhsil) bitirmişdir. LGBT əhalinin mənzil şəraitinin tərkibi aşağıdakı kimidir: 52%-i valideynləri və ya qohumları ilə, 22%-i partnyorları ilə, 20%-i tək yaşayır, 6%-i isə dostları ilə yaşayır.
2010-cu ildə Braziliya Səhiyyə Nazirliyi tərəfindən aparılan sorğu, Braziliyanın gey əhalisinin heteroseksual əhalidən daha çox gəlir qazandığını göstərmişdir. Homoseksuallar: A və B sinifləri, 26,9%, C sinfi, 49,9%, D və E sinifləri, 23,2%. Heteroseksuallar: A və B sinifləri, 18,2%, C sinfi, 47,8%, D və E sinifləri 34% idi.